Yuxarı

TƏBİB-ə ümumi rəhbərliyi o edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TƏBİB-ə ümumi rəhbərliyi o edəcək

TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası yaradılıb.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı fərmanda bildirilib.

Sənədə əsasən, TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən (sədr olmaqla), Azərbaycan Respublikası səhiyyə nazirinin müavinindən, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılır.

TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 müavini həyata keçirir;

Bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti TƏBİB həyata keçirir.

Qeyd edək ki, hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevdir. Bundan sonra o həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının sədri vəzifəsini icra edəcək.

Tarix
2022.05.13 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

Trampın həll etdiyi yeganə münaqişə budur - Knaysl

Rus işğalına səs verən Venesuala “haqqını” aldı: Sırada bu ölkədir!

İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir - Detallar

Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla