Yuxarı

Bakıda Cənubi Qafqazın ən hündür göydələni - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev prospektində paytaxta özünəməxsus görünüş bəxş edən göydələnlərdən biri də “Baku Tover”dir (Baku Tower – Bakı Qülləsi).

Axar.az xəbər verir ki, göydələn Bakı və Cənubi Qafqazın ən hündür binası olacaq.

Bina haqqında ilk məlumat 2014-cü ildə yayımlanıb. Əvvəlcə binanın 49 mərtəbəli olacağı deyilsə də, 2017-ci ildə "Nargis" jurnalında dərc olunan məlumatda binanın hündürlüyünün 277 metr, mərtəbələrinin sayının isə 52 olacağı bildirilib.

Göydələnin memarı Ərən Yorulmazərdir. Layihə isə "Arxin-M Ltd" tərəfindən hazırlanıb.

1,7 hektarlıq ərazidə tikilən binanın ümumi sahəsi 84.486 kvadrat metr təşkil edir. Hündürlüyü 277,3 metr olan göydələnin 50 yerüstü, 2 yeraltı mərtəbəsi var. Binanın 3.5 m qalınlığındakı təməli diametri 1.0 m, uzunluğu 36.5 m olan 370 ədəd svayın üzərində dayanıb. Göydələn modern və postmodern üslubda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir.

Biznes mərkəzi kimi istifadəsi nəzərdə tutulmuş “Baku Tover”in yuxarı mərtəbələrində otel, penthausunda isə restoran və kafe, iki mərtəbəli idman zalı, üzgüçülük hovuzu və müxtəlif mərasimlərin keçirilməsi üçün zal fəaliyyət göstərəcək.

Göydələnin konstruksiyanın dayanıqlılığını təmin etmək üçün 4 mərtəbə əlavə olaraq ABŞ-ın “Kore Breys” (“CoreBrace”) şirkətinin istehsalı olan xüsusi çarpaz rabitələr BRB-lər (Buckling Restrained Brace) və sonuncu mərtəbədə çəkisi 400 ton olan Almaniya istehsalı Maurer markalı İnersiyalı Kütlə Damperi quraşdırılıb. Həmçinin binada sürəti 8 m/s olan 10 ədəd lift quraşdırılıb və yeraltı avtomobil dayanacaqları, VIP ofislər, toplantı zalları, VIP restoranlar istifadəyə verilməsi planlaşdırılır.

Mürəkkəb quruluşlu bina 9 ballıq zəlzələyə davamlıdır.

Hazırda tikintiyə nəzarəti “SMTS” MMC edir.

Qeyd edək ki, şirkət bundan əvvəl “Property Tover Baku”, “Çinar Plaza”, “Jumeirah Bilgah beach” hotel və s. kimi binaların layihələrinə nəzarət edib.

Tarix
2022.06.09 / 15:58
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

“Nar” sərfəli smartfon modellərini təqdim edir

Ölkəmizdə süni yağış texnologiyası tətbiq ediləcək

Ermənistanın Gəncədə törətdiyi 4-cü terrordan 4 il ötür

İran hədələdi: Bu halda Ermənistana zərbə endirəcəyik – Təcili

Bakıda Pre-COP29 başladı

İrəvan hazır idi, Bakı bütün oyunu pozdu - Ağacanyan

İsrail nəşri Zəngəzuru Azərbaycan ərazisi kimi tanıdı

Əhməd sağalsa, həbs olunacaq? - Dəqiq izah

Əhmədin məhkəməsində şok ifadələr

Əliyev onlardan danışdı, Paşinyan susdu - Şarmazanov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla