Yuxarı

Tanınmışlardan kim qurban kəsəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurban bayramı - İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində bu bayram çox yüksək səviyyədə qeyd olunur. Bayramda qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.

Görəsən, məşhurlar necə - bu müqəddəs gündə qurban kəsəcəklərmi?

Trend-in əməkdaşı bu suala cavab almaq üçün onlara müraciət edib.

Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov hər il olduğu kimi, bu il də qurban kəsəcəyini bildirib: "Bu, bizim ailədə adətdir. Hər il Qurban Bayramında qurban kəsir, ehtiyacı olanlara paylayırıq. Bu bayramda da ənənəyə sadiq qalacağıq. Mən dörd dəfə Həcc ziyarətində olmuşam. Bir Hacı kimi borcumdur ki, dini qaydalara riayət edim".

Milli Məclisin deputatı Azər Badamov da qurban kəsəcəyini deyib: "Əslinə qalsa, mən bunu gizli saxlamağa çalışıram. Hesab edirəm ki, insan etdiyi səxavəti dilə gətirməməlidir. Hər il olduğu kimi, bu il də qurban kəsəcəyəm".

"Gündəlik Teleqraf" qəzetinin baş redaktoru Aynur Camalqızı hər il qurban kəsdiyini deyir: "Qurban kəsmək, ehtiyacı olanlara paylamaq hər bir müsəlmanın borcudur. Bu baxımdan mən də bayram günlərində qurban kəsməyi, ənənəni davam etdirməyi düşünürəm".

"İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin sədr müavini Vüqar Rəhimzadə hər il qurban kəsdiyini deyir: "Gözümüzü açandan ailədə qurbanlar kəsildiyini görmüşük. Biz də ənənəni davam etdiririk".

Tanınmış riyaziyyatçı alim, akademik Fikrət Əliyev də qurban kəsəcəyini bildirib: "Hər il Qurban Bayramında qurban kəsib, ehtiyacı olanlara paylayırıq. Hətta ateizmin hökm sürdüyü sovet dövründə də bu qaydalara riayət edirdik. Bu il də qurban kəsib ehtiyacı olanlara bayram sovqatı göndərəcəyik".

Tarix
2015.09.20 / 13:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış tdi

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

Bolqarıstan prezidenti Azərbaycana gəlir

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla