Yuxarı

Zaqatalada itən, 25 min mükafat vəd edilən turist kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada itən, 25 min mükafat vəd edilən turist kimdir?

12:30

Xəbər verdiyimiz kimi, Azərbaycana turistik məqsədlə səyahət edən Hindistan vətəndaşı Manikath Kondaveeti ölkəmizin Zaqatala bölgəsində itkin düşüb. 12 maydan bəri tapılmayan, axtarışına dronların, helikopter və hərbçilərin cəlb edildiyi, tapılması üçün 25 000 manat mükafat təyin edilən bu hindistanlı kimdir?

Axar.az Hindistan mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı tədbir görülməsi üçün Cinayətkarlıqla Mübarizə İdarəsi sənədləri İnterpola göndərib.

Ölkəmizə 16 aprel 2022-ci ildə gələn bu gənc Hindistanda fransız dili mütəxəssisi kimi çalışıb. 25 yaşı olmasına baxmayaraq, gəzib-görməyə çox meyillidir və bundan əvvəl Tailand, Kamboca, Vyetnam, Ruanda, Nepal, Madaqaskar və Keniyaya səfər edib. Azərbaycan onun pandemiyadan sonra xaricə etdiyi ilk səfəri imiş.

Atası vergi müfəttişliyində yüksək vəzifə tutur. Onun ailəsinin Hindistanın seçkin və tanınmış ailələrindən biri olması faktı 1.4 milyard əhalisi olan Hindistanın mediasının bir şəxsin itkin düşməsi ilə bağlı xeyli sayda məlumat tirajlamasının səbəbini izah edir.

Bundan başqa, qardaşı Hindistan hökumətindən və xarici işlər naziri Subrahmanyan Cayşankardan Manikath Kondaveetinin axtarışını sürətləndirməyi və məsələyə müdaxilə etməyi xahiş edib və bununla bağlı petisiya başladıb. Petisiya qısa müddətdə 60.000-ə yaxın şəxs tərəfindən imzalanıb.

Tarix
2022.06.21 / 13:55
Müəllif
Tural Əzimzadə
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla