Yuxarı

Oğuzda ağacların üzərinə yandırıcı maddə tökdülər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğuzda ağacların üzərinə yandırıcı maddə tökdülər

Oğuzda iri gövdəli ağacları qurutmaq üçün üzərinə yandırıcı maddə töküblər.

Axar.az Report-a istinadən xəbər verir ki, İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun kənarında, Oğuz rayonu Sincan kəndi ərazisindən keçən hissəsində 4 ədəd qovaq ağacı deşilərək içərisinə yandırıcı maddə tökülüb.

Kənd sakinləri bildiriblər ki, naməlum şəxs və ya şəxslər ağacların gövdəsini deşərək onları qurutmaq məqsədilə yandırıcı maddə töküblər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ağaclara baxış keçiriblər və fakt təsdiqini tapıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş-leytenantı Mahir Məsimov bildirib ki, hadisədən məlumatlıdırlar:

“Məlumat daxil olan kimi dərhal polis əməkdaşları tərəfindən Sincan kəndi ərazisindəki həmin ağaclara baxış keçirilib və hazırda sözügedən məsələ ilə bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.”

Tarix
2022.06.23 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla