Yuxarı

Kamal Abdullanın başçılıq etdiyi heyət Dərbənddə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərbənd şəhərinin 2000 illiyinin keçirilməsi münasibətilə təşkil edilən təntənəli mərasimdə Azərbaycan tərəfindən rəsmi nümayəndə heyəti iştirak edib.

Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinə ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə daxil olub.

Qonaqlar Dərbənd şəhərinin mərkəzində yeni restavrasiya olunmuş Heydər Əliyev küçəsində, bu küçədə yerləşən təhsil müəssisələrində və sosial obyektlərdə, Azərbaycan teatrı binasının tikilməsi üçün ayrılan sahədə və azərbaycanlıların yaşadıqları məhəllələrdə sakinlərlə görüşüb söhbət ediblər.

Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov, həmçinin mərasimdə iştirak etmək üçün Moskvadan gələn nümayəndələr, Şimali Qafqaz respublikalarının rəhbərləri və digər rəsmi şəxslərlə görüşlər keçiriblər.

Təntənəli mərasim Dərbəndin qədim qalası Narınqalada baş tutub. Prezident Vladimir Putinin və Rusiya hökuməti adından Baş nazir Dmitri Medvedevin təbrikindən sonra Dövlət müşaviri Kamal Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrikini səsləndirib. Yüzlərlə qonağın və şəhər sakinlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Prezidentinin təbriki yüksək coşqu ilə qarşılanıb.

Mərasimin sonunda Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə yüksək diqqətinə görə təşəkkür edib, Dərbənd şəhərinin quruculuğunda Azərbaycanın iştirakından məmnunluqla söhbət açıb. O, Dağıstanın ağır günlərində bu respublikaya rəhbərlik etmiş, bu gün də qayğıkeş rəhbər və ağsaqqal kimi xatırlanan Əziz Əliyev haqqında minnətdarlıqla danışıb.

Azərbaycan mədəniyyət xadimlərindən bu mərasimin konsert hissəsinə qatılan Polad Bülbüloğlunun və Mələkxanım Əyyubovanın çıxışları alqışlarla qarşılanıb.

Tarix
2015.09.21 / 16:53
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla