Yuxarı

Heydər Əliyev prospekti qaranlığa qərq oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyev prospekti qaranlığa qərq oldu

Biləsuvar şəhərinin Heydər Əliyev prospektini işıqlandıran lampaların yanmaması səbəbindən küçə qaranlığa qərq olub.

Axar.az xəbər verir ki, bu barədə Report-a sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, prospekt yolunun kənarındakı işıqlar uzun müddətdir ki, yanmır.

Qeyd olunub ki, bu küçədə axşam vaxtı piyadaların əksəriyyəti yol qırağı ilə hərəkət edir:

“İşdən qayıdanlar, dərsdən gələn məktəblilər çox vaxt qaranlıq yollarla irəliləmək məcburiyyətində qalırlar. Xüsusən sürücülər əsas prospektdə işıqların yanmamasından çox narahatdırlar. Onlar bu halın təhlükənin - qəzaların baş verməsinin əsas səbəblərindən hesab edirlər".

Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qabil Xammədov bildirib ki, küçə işıqlarında baş verən fasilələrin birdəfəlik aradan qaldırılması üçün əsaslı işlərin görülməsinə başlanılıb:

"Problemin yaranmasının əsas səbəbi kanalizasiya işləri vaxtı yeraltı elektrik xəttlərində ciddi zədələnmələrin olmasıdır. Yaxın vaxtlarda bu xətlər dəyişdirilərək, fasiləsiz gecə işıqlanması təmin edilib. Hazırda Heydər Əliyev küçəsində iş görülür, tezliklə bu küçənin də işıqlanması tam bərpa olunacaq".

Tarix
2022.07.01 / 17:53
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla