Yuxarı

Sabah bu rayonlarda qaz olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah bu rayonlarda qaz olmayacaq

Sabah saat 08:00-dan işlər başa çatanadək Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Axar.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, fasiləyə səbəb “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah-Qaradağ” Magistaral Qaz Kəmərində aşkar olunmuş qaz sızmasının və kipgəcli olan hissələrin ləğvi, həmçinin kəmərin 14-29-cu km-lər arası hissəsinin dayaqlar üzərinə qaldırılmasıdır.

"Sabunçu rayonunun Nizami küçəsinin, Daş Karxanasının, Maştağa qəsəbəsinin Albalılıq bağ massivinin, və Savalan, Zabrat, II Zabrat (bir hissəsi) və Balaxanı qəsəbələrinin, Ramanı Südçülük sovxozunun, həmçinin Suraxanı rayonunun Yeni Suraxanı və Bülbülə qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Abonentlərdən texniki təhlükəsizlik qaydalarına riayət etməyi, qaz cihazlarını nəzarətdə saxlamağı xahiş edirik. Müvəqqəti narahatlığa görə üzr istəyirik", - açıqlamada deyilir.

Tarix
2022.08.17 / 19:31
Müəllif
Axar.az
Digər xəbərlər

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla