Yuxarı

Müslümov İsrail səfirini qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir Səlim Müslümov İsrailin ölkəmizdəki səfiri ilə görüşüb.

Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla tanışlıq görüşü nazirlikdə baş tutub.

Görüşdə nazir dünyada yaşanan siyasi-iqtisadi böhran proseslərinə baxmayaraq, ölkəmizdə dinamik iqtisadi inkişafın davam etdiyini vurğulayıb. Nazir son 12 ildə milli iqtisadiyyatda 3,4 dəfə, o cümlədən qeyri-neft sektorunda 2,6 dəfə artımın əldə edildiyini bildirib. Nazir bildirib ki, ölkə iqtidarının social yönlü siyasəti qeyd olunan dövrdə əhalinin gəlirlərinin inflyasiyanı üç dəfədən çox üstələyərək 6,5 dəfə, orta aylıq əmək haqqının 5,6 dəfə artmasına səbəb olub və 1,400 mindən çox yeni iş yerinin açılmasına imkan verib.

S.Müslümov qeyd edib ki, imtiyazlı təbəqələrdən olan 5550 nəfərə yaxın şəxs dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunub.

Nazir bildirib ki, İsraillə ölkəmiz arasında güclənən əlaqələr iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün şərait yaradır.

D.Stav ölkəsinin sabitlik və tolerantlıq məkanı olan Azərbaycanla əməkdaşlığının daim inkişaf etməsindən məmunluğunu ifadə edib. O, ölkəmizdə bütün sahələrdə olduğu kimi, əmək və sosial təminat sistemində aparılan uğurlu işlərin də onda böyük maraq doğurduğunu bildirib. D.Stav Azərbaycanda fəaliyyəti dövründə iki ölkə arasında bu sahədə də əməkdaşlıq üçün səylər göstərəcəyini vurğulayıb. Görüşdə Azərbaycan və İsrail arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
2015.10.09 / 13:46
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla