Yuxarı

Zakir Həsənov Ombudsmanla hərbi hissədə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının birgə tədbirlər planına əsasən cəbhəboyu zonada növbəti tədbir keçirilib.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ombudsman Elmira Süleymanovanın rəhbərliyi ilə aparatın əməkdaşları Göygöl, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, o cümlədən ön xətdə yerləşən hərbi hissə və bölmələrin şəxsi heyəti ilə keçirilən görüşlərdə Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar, ordumuzun yüksək döyüş qabiliyyətinə malik olması, hərbi qulluqçuların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, məişət şəraiti və mənəvi-psixoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə fikirlərini diqqətə çatdırıblar.

Şəxsi heyət qarşısındakı çıxışlarda Vətənimizə, dövlətimizə sədaqətlə xidmət etmələri, düşmənin istənilən təxribatının qarşısının alınması üçün hər an ayıq-sayıq olmaları hərbi qulluqçulara tövsiyə edilib, eyni zamanda onları maraqlandıran suallar cavablandırılıb.

Təşkil olunan görüşlərdə hərbi xidmətdə və döyüş tapşırığının yerinə yetirilməsində fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Tarix
2015.10.20 / 18:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla