Yuxarı

Masallı İH Telli Borçalı qalmaqalına aydınlıq gətirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Masallıda Şıxlar kənd sakinlərinin onları qəbul etməyən İcra başçısı Rafil Hüseynova etiraz olaraq Bakı-Astara şossesini bağlaması xəbərini aldıq. Bundan başqa, sakinlərin İH qarşısına yığışmasının bir səbəbi də aşıq Telli Borçalının 20 Yanvar günü Masallıda toyda iştirak etməsi göstərilirdi.

Masallıda baş verən hadisələrə aydınlıq gətirmək üçün Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Nəsib Muxatrlı ilə əlaqə saxlayıb, ona suallarımızı ünvanladıq.

- Sakinlərin etirazı ilə bağlı nə deyə bilərsiniz?

- Tamamilə səhv məlumatdır. Masallıda heç bir etiraz olmayıb. Rayonda əmin-amanlıq hökm sürür. Bilmirəm bu xəbərlər hardan yayılır.

- Mətbuatda yayılan xəbərlərdə bildirilir ki, Şıxlar kəndinin sakinləri icra başçısı Rafil Hüseynova etiraz olaraq Bakı-Astara şosesini bağlayıblar.

- Xeyir, belə bir şey olmayıb. Bu, mümkün deyil.

- Bəs sakinlərin keçirdiyi etiraz aksiyası ilə bağlı fotolar haqda nə deyə bilərsiniz?

- Təxminən iki ay qabaq Şıxlar kəndində ev yanmışdı. Ev sahibi yanan evin yandırldığını iddia edirdi. Buna görə də bir həftə əvvəl yanan evin ailə üzvləri İcra Hakimiyyətinə gələrək istintaqın gedişi ilə maraqlandılar. Təxminən 20 nəfər olardı. Bundan sonra yolu keçəndə onların şəkli çəkilib və iddia edilib ki, guya onlar yolu kəsirdilər. Bu, yalan məlumatdır.

- Ancaq deyəsən şəkillərdə 20-dən çox sakin görünür?

- Orda gediş-gəliş çox olur. Ola bilsin, ailə üzvlərindən bir-iki nəfər hay-küy salıb və ətrafdakı insanlar onlara tərəf gəlib.

- Bəs, iddia edilir ki, həm də etiraza səbəb Telli (Telli Borçalı. – red.) adlı aşığın 20 Yanvar günü Masallıda toyda iştirakı olub. Özü bunu ANS-ə açıqlamasında etiraf edib.

- Bu, ümumiyyətlə, səhv fikirdi. Mən o adı ilk dəfə bu gün eşitdim. Həm də o, açıqlamasında yuxulu olduğunu deyib. İnanmıram ki, Masallıda kimsə belə qansızlıq etsin.

Tarix
2014.01.21 / 20:20
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla