Şahruddin "Qalatasaray"a qarşı oynadı, 3 qol buraxdı
23:40
Ana səhifə Toplum |
İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək.
"Axar.az" Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yanvar - 2 fevral 2014-cü il tarixində Türkiyənin İstanbul şəhərində Avropa Azərbaycan Cəmiyyətinin və Türkiyənin nüfuzlu vəqflərindən olan Suna və Kıraç Fondu tərəfindən yaradılmış Pera Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Film Festivalı keçiriləcək.
Festivalda "Arşın mal alan", "Yarasa", "Buta", "Qala", "İlahi məxluq", "40-cı qapı", "Çövkən" və "Çölçü" kimi müxtəlif illərdə istehsal olunmuş Azərbaycan filmləri nümayiş olunacaq.
Tarix
2014.01.22 / 19:38
|
Müəllif
Axar.az
|