Yuxarı

Telman İsmayılovun Türkiyədəki oteli satıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərində Azərbaycan əsilli iş adamı Telman İsmayılovun tikdirdiyi "Mardan Palace" otelinin yeni sahibi "Halk Bank" olub.

Report xəbər verir ki, otel 719 mln. türk lirəsinə satışa çıxarılsa da, Türkiyə Bankı onu 360,05 mln. lirəyə (təxminən 253 mln. ABŞ dolları) alıb.

Qeyd edək ki, hərracda yalnız "Halk Bank" iştirak edib və o, "Qaranti Bank"ın almalı olduğu 207 mln. lirə (təxminən 73 mln. dollar) borcu bu bankın hesabına köçürəcək. Otelin dəyərinin qalan 151,95 mln. lirə (təxminən 53,5 mln. dollar) olan hissəsi isə "Halk Bank"a borc olduğu üçün ödənilməyəcək.

Xatırladaq ki, "Mardan Palace"ın əsas binasının dəyəri 234 mln. dollar, ətrafındakı villalar isə 25 mln. dollar dəyərində qiymətləndirilir. Otelin "Qaranti Bank"ına 73 mln. dollar, "Halk Bank"a isə 21,6 mln. dollar borcu olub.

Qeyd edək ki, "Mardan Palace" 2009-cu il mayın 23-dən fəaliyyət göstərir.

Tarix
2015.11.02 / 14:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla