Yuxarı

İcra başçısı sahibkarı intihardan çəkindirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı sahibkarı intihardan çəkindirdi - Video

Bakının Binəqədi rayonunda intihara cəhd olunub.

APA-nın verdiyi məlumata görə, bu gün saat 11 radələrində Binəqədi rayonunun 6-cı mikrorayonu ərazisində, Milli Oftalmologiya Mərkəzinin yaxınlığında yerləşən 4 mərtəbəli yarımtikili iaşə obyektinin sahibi olduğunu bildirən naməlum şəxs həmin binaya çıxaraq özünü atacağını bəyan edib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, təcili yardım briqadası, Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti cəlb olunub.

Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov da hadisə yerinə gəlib və həmin şəxslə söhbət aparılıb. Lakin o, rəsmi şəxslərin gəlməsini tələb edib.

Sahibkar olduğunu deyən şəxs daha işləyə bilmədiyini, bezdiyini bildirib, "Mənim 500 minimi qaytarın" - deyə tələb səsləndirib.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da hadisə yerinə gəlib.

İH başçısı intihara cəhd edən şəxslə 15 dəqiqə söhbət edib və onun aşağı düşməsini xahiş edib. Lakin sahibkar "Mənə yazılı iltizam verməsəniz, buradan düşməyəcəyəm", deyib.

X. İsgəndərov yazılı iltizamın özündə olduğunu deyəndən sonra intihara cəhd edən şəxs hündürlükdən enib.

Daha sonra o, X. İsgəndərov və N. İsmayılov danışmaq üçün yaxınlıqdakı kafeyə gediblər.

Video Bizimyol.info saytına məxsusdur

Tarix
2015.11.05 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ərdoğana məktub ünvanladı

İrəvan və Bakı sülh prosesində çox irəliləyib

Qukasyan və Saakyana ömürlük həbs verilmədi - Səbəb...

ABŞ mühəndisləri Ermənistanda: TRİPP üçün yer seçilir

Onlara ömürlük həbs cəzası verildi - Yenilənir

Medvedyevdən şok: Yeni superdövlət yaradılır, lideri...

Ciddi hadisə: Naxçıvanın muxtar statusu ləğv edilir

ABŞ İranı mütləq vuracaq: elə şərtlər irəli sürüb ki...

Vens Azərbaycana bu mərasimdən sonra gələcək - KİV

Si Putinə qəzəblidir: Bu oyun Çinə ağır zərbə vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla