Yuxarı

ADQ mübahisəli lüğəti təqdim etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin 2013-cü ildə çıxan altıncı nəşri Azərbaycan Dil Qurumunun rəsmi saytına yerləşdirilib.

Azərbaycan Dil Qurumundan Axar.az-a verilən məlumata görə, nəşrdə müəyyən xətaların olmasına baxmayaraq, qurum öz saytında "Orfoqrafiya lüğəti"nin PDF formatında yerləşdirilməsinə qərar verib. Lakin dil xətalarına görə ADQ lüğətin onlayn axtarış sistemində proqramlaşdırılmasına ehtiyac görməyib. Hazırda adq.az saytında 2004-cü ilin nəşri (beşinci nəşri) onlayn axtarış sistemində fəaliyyətdədir.

"Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin altıncı nəşri (2013) cəmi min nüsxə buraxılıb və kitabın qiyməti 15 manatdır. Məhdud sayda buraxılmasına və internet istifadəçiləri üçün əlçatan olmamasına görə Azərbaycan Dil Qurumu kitabın PDF variantını oxuculara təqdim edib.

Lüğəti əldə etmək istəyənlər Azərbaycan Dil Qurumunun rəsmi saytına (adq.az) daxil olaraq kitabı PDF formatında yükləyə bilərlər.

Xatırladaq ki, hazırda ciddi tənqidlərə tuş gələn və qüsurlarına görə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin istifadəsindən imtina etdiyi "Orfoqrafiya lüğəti"nin yeni və təkmil variantının hazırlanması prosesi AMEA Dilçilik İnstitutunda davam edir.

Tarix
2015.11.06 / 13:15
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla