Yuxarı

Yük maşını "Azəryolservis"ə 25 min ziyan vurdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün səhər saatlarında Zığ-Hava limanı avtomobil yolunda baş vermiş avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib.

Axar.az xəbər verir ki, Zığ-Hava limanı avtomobil yolunun 16-cı kilometrliyində Hava limanı istiqamətindən şəhərə doğru irəliləyən "Hovo" markalı 99 BP 034 dövlət nömrə nişanlı yük maşını yol kənarında olan əyri-xətli dəmir tirləri dağıdaraq, divara çırpılıb.

Ağır tonnajlı yük maşınını idarə edən sürücü Əbülfət İsmayılovun sözlərinə görə, maşının ön təkəri qəfil partladığından idarəetməni itirib. Nəticədə yüklə dolu olan maşın yol kənarına çıxıb. Baş vermiş qəza zamanı 75 paqon-metr əyri-xətli dəmir tirlər və divarın 215 kvadrat metr üzlüyü, həmçinin konstruksiyası sıradan çıxıb.

Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 25 min manata yaxın ziyan dəyib. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

Tarix
2015.11.07 / 15:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla