Yuxarı

İşsizlik, yoxsa “staj” maneəsi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşsizlik, yoxsa “staj” maneəsi

Gənclərin karyera qurma dərdi

Ölkədə kifayət qədər vakant iş yeri olsa da, həmin yerləri gənclər öz iş perspektivlərinə uyğun görmürlər. Gənclərin işlə həm də gələcək karyera qurmaq istəyi başa düşüləndir və ona görə də böyük həvəslə iş axtaran gənclərin istəyinə uyğun iş təklif edilmədikdə, gənclər işsiz qalır, vakant iş yerləri isə çoxalır.

Bu paradoks vəziyyəti necə həll etmək olar?

Əmək eksperti Telman Sadıqov "Axar.az"a açıqlamasında bildirdi ki, hazırda ölkədə gəncləri mənəvi-psixoloji baxımdan təmin edəcək iş yerləri yetərincə deyil. Ekspertin sözlərinə görə, problemin ikinci səbəbi ölkədə ilkin kapital yığımı prosesinin getməsidir. Bu isə gənclərin aşağı səviyyəyə mənsub işlərdən imtina etməsindən xəbər verir.

Əksəriyyət öz ixtisasına uyğun işləmir

Ölkə gənclərinin çoxu ali məktəbi bitirdikdən sonra öz ixtisaslarına uyğun işləmir. Gənclər bildirirlər ki, işə başlayanda çətinliyin yaranmasının əsas səbəbi onlardan staj istənilməsidir. Stajı olmayan gənclər isə könüllü işləmək məcburiyyətində qalırlar.

Könüllü iş sisteminə maraq artıb

Gənclərdə könüllü iş sisteminə maraq durmadan artır. Onlar bununla təcrübə topladıqlarını və sonra daha yaxşı iş tapa bildiklərini bildirirlər. Könüllü iş yerlərinə gəlincə, burada "Asan xidmət" və telekanallar liderdir.

"Axar.az" açıqlama verən Tələbə Gənclər Təşkilatının mətbuat katibi Hüseyn İsmayılov bildirdi ki, hazırda ölkədə qeyri-hökumət təşkilatlarının maliyyə dəstəyi ilə "Düzgün ixtisas karyeram" adlı layihə həyata keçirilir. Bu layihə çərçivəsində gənclər təkcə iş tapmaqda deyil, hətta ixtisaslarına uyğun işlərlə məşğul olmaqda imkan əldə edirlər.

Gənclərin maraq göstərdiyi sahələr hansılardır?

Hazırda gənclər arasında prodüser, resepşn, teleaparıcı, jurnalist və rejissorluq sahələri daha aktualdır, ofis işlərinə daha çox maraq göstərirlər. Hər zaman öz aktuallığı ilə seçilən müəllim peşəsinə gənclər arasında maraq xeyli azalıb.

Regionlara maraq yoxdur

Gənclərdə regionlara olan maraq demək olar ki, sıfır həddədir. Hətta regionlarda olan gənclər də paytaxta işləməyə gəlir. Bölgələrdən paytaxta üz tutan gənclərin əksəriyyəti bazarlarda xırda ticarətlə məşğul olur. Buna səbəb isə regionlarda əmək haqqının çox aşağı olmasıdır.

Tarix
2013.10.28 / 11:41
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Elgiz və Tolikin verilişi bağlandı - İddia

Xameneinin ölüm xəbəri: İranın məqsədi nədir?

Kremlin Bakıya təsir imkanı artıq yoxdur - Avaqyan

Azərbaycan və Ermənistan rəsmiləri Cenevrədə görüşdülər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla