Yuxarı

Büdcəyə yarım milyona yaxın ziyan vurulub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 9 ayı ərzində yollarda baş vermiş qəza nəticəsində dövlət büdcəsinə ümumilikdə 432 milyon 533 min manat ziyan dəyib.

Bu barədə Axar.az-a Azəryolservis ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, 2015-ci ilin 9 ayı ərzində 245 yol-nəqliyyat hadisəsi baş verib:

"Bunun nəticəsində dövlət büdcəsi hesabına quraşdırılmış 4506.1 p/m təhlükəsizlik səddi, 1 ədəd işıq dirəyi, 1 ədəd metal informatik lövhə və 4 ədəd yol nişanı yararsız hala düşüb. Dövlət büdcəsinə ümumilikdə 432 533.37 manat ziyan dəyib. Hadisələrdən 126-sını sığortası olan avtomobillər törədib. Bu səbəbdən ziyanın ödənilməsi üçün sığorta şirkətlərinə ərizə ilə müraciət olunub.

50 yol nəqliyyat hadisəsini törədən avtomobilin isə icbari sığortası olmadığı üçün məhkəmə orqanlarına müraciət olunub".

A.Nəcəflinin sözlərinə görə, 9 ay rəzində baş vermiş 69 yol nəqliyyat hadisəsinin səbəbkarları hələ də tapılmayıb:

"69 yol nəqliyyat hadisəsini törədən şəxslərin kimliyi məlum deyil. Bu tip hadisələrdə ölüm halları da olub. Həmin hadisələrin törədicilərinin araşdırılaraq tapılması barədə Bakı Dövlət Yol Polis İdarəsinə məktubla müraciət olunub".

Tarix
2015.11.24 / 13:23
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla