Yuxarı

“Nəqşicahan Holdinq”də böhran: 300-ə yaxın işçi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nəqşicahan Holdinq”də böhran: 300-ə yaxın işçi...

“Nəqşicahan Holdinq”in 300-ə yaxın işçisi dörd aydır ki, maaş ala bilmir. Buna səbəb Naxçıvanda aparılan kadr islahatlarından sonra holdinqə daxil olan müəssisələrdə istehsalın tam dayanması, yaxud minimuma endirilməsidir.

Axar.az xəbər verir ki, bunu “Gündəlik Naxçıvan“a holdinqdə çalışan işçilər bildiriblər.

Şikayətçilər qeyd ediblər ki, rəhbərlik dekabr ayından bəri onlara evdə oturub gözləməyi məsləhət bilib. İşləmədikləri üçün maaş ala bilməyən fəhlələr, onsuz da, ağır olan sosial vəziyyətlərinin daha da çətinləşdiyini deyirlər.

Holdinqdəki müəssisələrin birində çalışan Cahangir Vəliyev deyir ki, ailəsini dolandırmaq üçün bankdan kredit götürüb:

“Dörd aya yaxındır ki, bizi havada saxlayıblar. Nə işlədib maaş verirlər, nə də işin olmayacağını deyirlər. Bizə “bu gün-sabah açılacaq” deyib ümid verirlər deyə başqa iş də axtara bilmirik. Son olaraq demişdilər ki, martın 15-də işlər başlayacaq. Mart ayı bitib, hələ də bir xəbər yoxdur. Onsuz da, başqa yerdə də iş tapmaq çətindir. Vəziyyətimiz həddindən artıq ağırlaşıb. Borca düşənimiz, banklardan kredit götürənimiz var. Evimizdə bayram da edə bilmədik. Ailəmizin, uşağımızın üzünə baxa bilmirik. Axı biz də insanıq. Bizim də övladlarımız var”.

Digər şikayətçi Cavad Qasımov isə deyir ki, problemlə bağlı Naxçıvan MR Ali Məclisinə şikayət etsələr də nəticəsi olmayıb:

“Vəzifədən kimin getməsində, kimin gəlməsində, yaxud şirkətin kimə məxsus olmasında biz 300 nəfərin heç bir günahı yoxdur. Faktiki olaraq 300 ailə pis vəziyyətə salınıb. Hamı borc içindədir. Borclular borclarını, banklar isə kreditlərini istəyirlər. İşçilər isə ailələrini dolandıra bilmirlər. Mən də kredit ödəyirəm, bilmirəm, nə edəm. Başqa iş də tapa bilmirəm. Ailəmə çörəkpulu tapa bilmirəm. Bank da bir tərəfdən problem yaradır. Dörd aydır, bizi aldadırlar. Deyirlər, pul ayrılmır. Pul ayrılmırsa, bəs rəhbərlikdə olan işçilər pulu haradan alırlar?”

Tarix
2023.04.01 / 16:51
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla