Yuxarı

Səlim Müslümov səkkiz nəfəri işdən çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində həyata keçirilən islahat tədbirlərinin, bu sahələrdə əhaliyə göstərilən xidmətlərin praktiki tətbiqi məsələlərinə həsr olunmuş operativ müşavirə keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumatda bildirilir ki, tədbirdə nazirliyin aidiyyəti struktur bölmələrinin, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin, Tibbi-Sosial Ekspert Komissiyalarının, sosial xidmət müəssisələrinin məsul şəxsləri iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə əldə olunan makroqitisadi sabitlik və dinamik inkişafın sosial rifah göstəricilərinin də artması ilə müşaiyət olunduğunu vurğulayıb:

"Prezident cənab İlham Əliyevin beşinci çağırış Milli Məclisin ilk iclasında qeyd etdiyi kimi, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir və aparılan uğurlu iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Bunun əməli təsdiqi kimi, cari ilin 10 ayında 3,3 faizlik iqtisadi artım şəraitində əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çoxalıb, adambaşına düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 0,7 faiz bəndi üstələyərək 4,4 faiz təşkil edib".

S.Müslümov bildirib ki, nazirliyin qarşısında duran əsas vəzifə ilbəil güclənən sosial siyasətin yüksək səviyyədə icrasını, əhaliyə xidmət sahələrinin müasirləşdirilməsini və şəffaflaşdırılmasını təmin etməkdir:

"Doğrudur, son illərdə ciddi nəzarət tədbirləri həyata keçirilir, fəaliyyətində nöqsanlara yol verənlərin ciddi şəkildə cəzalandırılması işləri görülür. Nəzarət tədbirlərinin müsbət nəticələri də vardır. Təkcə cari ilin 9 ayında bu yardımı alanlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz, oktyabr ayında isə 4 faizə yaxın azalıb. Həmçinin bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən ilkin əlillik təyin olunmuş şəxslərin sayı 2,4 min nəfərdən çox, təkrar olaraq əlillik qrupu təyin edilənlərin sayı 4 min nəfərə yaxın azalıb. İlkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayında da 2,8 min nəfərədək azalma qeydə alınıb. Əlillik təyinatı və reabilitasiya məsələləri ilə əlaqədar şikayət xarakterli müraciətlərin sayı azalıb".

Müşavirədə nazirliyin fəaliyyət sahələrində aparılan islahatların sürətləndirilməsi, tibbi-sosial ekspertiza xidmətinin avtomatlaşdırılması üçün aparılan texniki işlərin mövcud durumu, yerli qurumlarda əhaliyə göstərilən xidmətin vəziyyəti geniş müzakirə olunub.

Müzakirələrin nəticələrinə uyğun fəaliyyətində neqativ hallara yol verən iki Tibbi-Sosial Ekspert Komissiyasının sədri və iki Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru tutduqları vəzifədən azad olunub. Bundan başqa, funksional vəzifələrinin icrasında nöqsanlar aşkarlanan 4 əməkdaş tutduğu vəzifədən azad olunub, 28 əməkdaş barəsində isə inzibati tənbeh tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.

Qeyd edək ki, müşavirənin əsas məqsədinin aparılan islahatların praktiki tətbiqinin sürətləndirilməsini və genişləndirilməsini təmin etmək, bunun üçün səyləri artırmaq olduğu bildirilib.

Tarix
2015.11.26 / 14:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla