Yuxarı

Akademikin həyat yoldaşı komadan çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun dünən dəm qazından zəhərlənərək ölən direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyevanın vəziyyəti ötən günə nisbətən yaxşıdır.

Bu barədə Publika.az-a 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, T.Hacıyeva bu gün səhər saatlarından komadan çıxmağa başlayıb: "Artıq vəziyyəti yaxşıdır, lakin hələ də reanimasiyadadır. Ətrafa reaksiyası olsa da, hələ tam özünə gəlməyib".

A.Maqsudov akademikin həyat yoldaşının belə ağır vəziyyətdə olmasının səbəblərini də izah edib: "Dəm qazından zəhərlənmə çox yüksək olub. Bundan başqa, Tamara xanımın beyin qan dövranında da problemlər olub. Həmçinin, yaşının çox olmasını nəzərə alsaq, bütün bunlar onun vəziyyətinin ağırlaşmasına səbəb olub".

Qeyd edək ki, dünən akademik Tofiq Hacıyev dəm qazından zəhərlənərək ölüb. Onun həyat yoldaşı Tamara Hacıyeva isə huşsuz vəziyyətdə tapılıb. 79 yaşlı Tamara Hacıyeva dilçi alimdir, hazırda təqaüddədir.

Tarix
2015.11.28 / 12:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla