Yuxarı

Prezidentin hədiyyələri türk idmançılara təqdim edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin hədiyyələri türk idmançılara təqdim edildi

Azərbaycanın Türkiyə Respublikasındakı Səfirliyində təşkil olunmuş mərasimlə İrəvanda keçirilmiş Avropa Ağırlıqqaldırma çempionatında qızıl və gümüş medallar qazanaraq qələbələrini ölkəmizə həsr edən Cansu Bektaş, Qamze Altun və Nuray Güngörə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən göndərilmiş hədiyyələr və təbrik məktubları təqdim olunub.

Bu barədə Axar.az-a Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Azərbaycan Milli Məclisinin Gənclər və İdman Komitəsinin üzvü Vüqar İsgəndərov, Türkiyə Ağırlıqqaldırma Federasiyasının Prezidenti Talat Ünlü, Federasiyanın vitse-prezidentləri Taner Sağır və Yasin Arslan, məşqçi Gökhan Kuşçuoğlunun iştirak etdiyi mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov dövlət başçısı və xanımının hədiyyələrini və təbrik məktublarını idmançılara təqdim edərək Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənc idmançıları Azərbaycana dəvət etdiyini onlara çatdırıb.

Çıxışlarda bildirilib ki, Azərbaycan və Türkiyə hər zaman və hər sahədə olduğu kimi İrəvanda təşkil olunan Avropa Ağırlıqqaldırma Çempionatında da “tək millət, iki dövlət” olduğunu bütün dünyaya sübut edib. Türkiyəli gənc idmançıların öz qələbələrini məhz Azərbaycana həsr etmələri də bunun bariz göstəricisidir. İrəvanda Azərbaycan bayrağının yandırılmasına etiraz olaraq, milli komandamız burada iştirak etməsə də, türk idmançıların qələbəsi həm də Azərbaycanın qələbəsidir. Azərbaycanın dövlət başçısı və birinci xanımının gənc idmançılara göstərdiyi xüsusi diqqət də bu qələbənin Azərbaycan xalqı üçün əhəmiyyətini ifadə edir.

Mərasimin davamında idmançılar Cansu Bektaş, Qamze Altun və Nuray Güngör fikirlərini ifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və bütün Azərbaycan xalqına öz təşəkkürlərini ifadə ediblər. Bildiriblər ki, İrəvanda Azərbaycana qarşı yol verilmiş haqsızlıq onların qələbə əzmini artırıb və onlar bu haqsızlığa etiraz əlaməti olaraq qələbələrini qardaş ölkəyə həsr ediblər. Gənc idmançılar Azərbaycana olan sevgilərini dilə gətirərək ən qısa zamanda ölkəmizə səfər edəcəklərini bildiriblər.

Mərasimin sonunda xatirə şəkilləri çəkilib.

Tarix
2023.04.25 / 22:55
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

İlham Əliyev İordaniya Kralını təbrik etdi

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla