Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Fevral 2019


Kamran Əliyev Baş prokurora müavin gəlir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rəisinin və müavinlərinin təsnifat statusu, rəisin və idarənin səlahiyyətləri artırılır.

"Axar.az" APA-ya istinadən məlumat verir ki, bununla bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Prokurorluq haqqında" qanunlara əlavə və dəyişikliklər təklif edilir.

"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunun 10-cu maddəsinə təklif olunan dəyişikliyə əsasən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rəisinin təsnifat statusu artırılaraq ikinci təsnifata – baş prokurorun müavinləri ilə eyni təsnifata daxil edilir. İdarənin müavinləri və idarə rəislərinin təsnifatı isə Baş Prokurorluğunun idarə və müstəqil şöbə rəislərinin, Hərbi prokurorun müavinlərinin mənsub olduğu üçüncü təsnifata yüksəldilir.

Qanuna təkli olunan 18.3.2-1-ci maddəsinə əsasən isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin səlahiyyətləri artırılır. Yeni maddəyə əsasən, idarənin işçilərinə rütbələrin verilməsi ilə bağlı təqdimatı artıq idarəsi rəisi özü edəcək (hazırda bunu baş prokurorun birinci müavini həyata keçirir). "Prokurorluq haqqında" qanunun 8-ci maddəsinə təklif olunan əlavəyə görə də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilərək Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adlanır və prokurorluğun sistemi və təşkili siyahısına daxil edilir.

Eyni zamanda qanuna Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və onun rəisinin səlahiyyətlərinin artırılması ilə bağlı 11-1-ci maddə təklif olunur. Əlavəyə əsasən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ixtisaslaşdırılmış prokurorluq orqanı olmaqla, korrupsiya hüquqpozmaları ilə əlaqədar məlumatlara baxacaq, korrupsiya ilə bağlı cinayətlər üzrə ibtidai istintaq, əməliyyat - axtarış fəaliyyətini həyata keçirir, korrupsiyaya qarşı mübarizənin vəziyyətini təhlil edəcək və bu sahədə işin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlayacaq, korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən etdikdə baş prokuror qarşısında məsələ qaldıracaq.

İdarə öz fəaliyyəti barədə baş prokuror vasitəsi ilə Azərbaycan Prezidentinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına mütəmadi məlumat verəcək (hazırda bu məlumatlar yalnız sorğu əsasında həyata keçirilir).

Edilən əlavə maddədə o da göstərilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vəzifəsinə görə baş prokurorun müavini hesab edilən baş idarənin rəisi rəhbərlik edəcək.

İdarə rəisi əməkdaşların vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimatlar vermək səlahiyyətinə malik olacaq (hazırda bunu baş prokurorun birinci müavini həyata keçirir).

Qanunlara edilən əlavə və dəyişikliklər layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Tarix
2014.01.27 / 16:43
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Dünyada ilk: Yevlaxlı müasir silahın sxemini hazırladı - Video

Bakıda məşhur mağaza təzə adına köhnə telefon satır - İddia

Diqqət: Bu yollarda hərəkət məhdudlaşdırılır

Londondan Berlinə: Ər-Riyada qarşı embarqonu ləğv edin!

Bakı metrosunda nə yeniliklər olacaq? - Baş mühəndis

Türmədə olan ərinə heroin aparmaq istədi, tutuldu

İlham Əliyev Banqladeş prezidentinə başsağlığı verdi

Bir qardaşı SOCAR-da, digəri Neft Fondunda, özü isə prokuror

Prezident 3 sərəncam, 3 fərman imzaladı

Masallıda zəncirvari qəza: ölən və yaralananlar var

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla