Yuxarı

ADU-da Ulu öndərin 100 illiyi münasibətilə tədbir keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-da Ulu öndərin 100 illiyi münasibətilə tədbir keçirildi

Mayın 12-də Azərbaycan Dillər Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla Ulu Öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısında müstəsna xidmətlərindən, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışıb.

Bildirilib ki, Azərbaycan xalqının qəlbində Heydər Əliyev sevgisi tükənməzdir:

“Ulu öndər Heydər Əliyev haqq dünyasında olsa da, onun işığı bu gün də Azərbaycanın üzərindədir. Bu gün Qarabağda aparılan yenidənqurma, bərpa işləri hamımızı sevindirir, qalib xalq kimi bizi daha da güclü edir. Bu güc, bu inam gələcək işlərimizin daha uğurlu olmasına şərait yaradır.

Ulu öndər hər zaman gənclərə inandığını və gələcək inkişafın gənclərlə bağlı olduğunu bildirirdi. O qeyd edirdi ki, gənclər mənim sizə əmanətimdir. Həmin gənclər bu gün Azərbaycanın inkişafı və daha da güclənməsi yolunda yorulmadan çalışırlar. Ulu öndər hər birimizin qəlbində yaşayır, hər birimizin həyatına işıq salır”.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş müsabiqələrlə bağlı məlumat verilib. Qeyd olunub ki, ADU-da tələbələr arasında keçirilən müxtəlif intellektual və idman növləri üzrə fərqlənən tələbələrə sertifikatlar və pul mükafatları təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Tarix
2023.05.12 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla