Yuxarı

Ermənilər iddia etdi, Bakıda tədbir başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər iddia etdi, Bakıda tədbir başladı

Azərbaycan və Türkiyə Mədəniyyət nazirlikləri və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə "Lavaş günü" layihəsi həyata keçirilir.

Axar.az xəbər verir ki, bu münasibətlə sabah saat 14:30-da "Qoç ət" restoranında ("Nizami" metrosunun yaxınlığı) "Lavaş türkün ortaq mirasıdır" mövzusunda mətbuat konfransı təşkil olunacaq.

Layihənin məqsədi ictimaiyyətin diqqətini milli mətbəximizin qədim nümunəsi olan lavaşın Ermənistan tərəfindən mənimsənilməsi faktına yönəltməkdir. Bir ay davam edəcək layihə çərçivəsində Bakıda şəhərdaxili xidmət göstərən avtobuslar lavaşın təbliğinə dair məlumatla təchiz olunacaq, "Nizami" metrosunun çıxışında insanlara lavaşa həsr edilmiş broşürlər paylanılacaq.

Xatırladaq ki, 26 noyabr 2014-cü il tarixdə Ermənistan tərəfindən milli mətbəximizin qədim nümunələrindən olan lavaş YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına "erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilsə də, Azərbaycan tərəfinin etirazları və bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində ermənilərin təxribat cəhdlərinin qarşısı alınıb. Belə ki, YUNESKO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib və bununla da lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığı, sadəcə, bu mətbəx nümunəsinin Ermənistan ərazisində də mövcud olduğu qəbul edilib.

Tarix
2015.12.16 / 18:12
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla