Yuxarı

“İRNA-Azəri” adı artıq təxribatdır: niyə izn verilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İRNA xəbər agentliyinin “Azəri” bölməsi də Azərbaycan dilində bir müddət əvvəl fəaliyyətə başlayıb. Dövlətlərarası münasibətləri nəzərə alsaq, İRNA-nın Azərbaycanda fəaliyyətə başlamasına heç bir irad tutmaq olmaz. Media haqqında Azərbaycan Respublikasının Qanununa (Maddə 11. Xarici media nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti) görə xarici mətbu orqanların Azərbaycan ərazisində fəaliyyəti müəyyənləşdirilib. Bu səbəbdən, İRNA-nın da Azərbaycanda fəaliyyəti digər xarici mətbuat qurumları kimi mümkündür.

Amma Azərbaycan Respublikasının milli təhlükəsizliyi baxımından belə bir agentliyin Azərbaycanda fəaliyyəti yaxşı heç nə vəd etmir.

Birincisi, Azərbaycan Konstitusiyasında Azərbaycanın rəsmi dili “Azərbaycan dili” kimi qeyd olunub. “Azəri” ifadəsi Azərbaycan konstitusiyasında, yaxud rəsmi olaraq heç bir sənəddə qeyd olunmayıb. Adıçəkilən rəsmi xəbər agentliyi “İRNA Azəri” adı ilə fəaliyyət göstərir. Saytda mövcud olan dillərin hamısı istifadə olunan ölkələrin rəsmi dilinin öz adı ilə qeyd olunub. Amma nədənsə təkcə Azərbaycan dili “Azəri” adı ilə göstərilir. Bu isə Media haqqında Azərbaycan Respublikasının Qanununun 14.1.2. (Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir) və 14.1.3. (Dövlət dili normalarına riayət edilməlidir) maddələri ilə ziddiyyət təşkil edir.

İkinci məsələ, Azərbaycan dövlətinin İRNA-nın Azərbaycanda nümayəndəlik açmasına icazə verməsinin hansı zərurətdən yaranması məsələsidir.

Azərbaycan Respublikasında mövcud olan yerli mətbu orqanların belə bir mövqeyi olsa, İran rəsmiləri oxşar mövqe sərgiləyə biləcəkmi? Məsələn, “Azərtac”ın Təbrizdə və Tehranda ofis açmasına, onun sərbəst fəaliyyətinə İran rəsmiləri nə dərəcədə müsbət yanaşacaq? Bu məsələ mümkündürsə, Azərbaycan xəbər agentlikləri niyə indiyə qədər Təbrizdə, yaxud Tehranda ofislərini açmayıb? Qarşılıqlı addımlar atmaq mümkün deyilmi?

Azərbaycanın rəsmi mövqeyini və xəbərlərini birbaşa fars dilində İranda olan əhaliyə çatdırmaq Azərbaycanın milli mənafeyi üçün ciddi əhəmiyyət daşıyan məsələdir. Azərbaycan Respublikasında fars dilində heç bir mətbu orqan mövcud deyil. Təkcə Axar.az saytının farsca bölməsi var. Başqa Azərbaycanda fars dilində heç bir xəbər paylaşan media yoxdur. Bu isə Azərbaycan dövlətinin milli maraqlarının təbliği baxımından ciddi qüsur hesab oluna bilər.

Üçüncü məsələ isə Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil edən və Azərbaycan əhalisinin alt şüruna mənfi təsir imkanlarını daim əldə saxlamaq istəyən “İRNA Azəri”nin Azərbaycanda fəaliyyətinin dövlətçiliyimizə və milli mənafeyimizə qarşı təxribatçı siyasətidir. Əslində, İRNA-nın Azərbaycanda təxribatlara yol verməməsinin təminatı elə Təbrizdə və Tehranda öz saytlarımızın ofislərinin açılması ola bilər.

İndiyə qədər Azərbaycan dilində İranın müxtəlif saytları olub – o cümlədən, “Səhər” kanalı nümunəsi var. Onların fəaliyyətinin Azərbaycana nə qədər zərərli olmasını xüsusi izah etməyə ehtiyac yoxdur. İRNA xəbər agentliyi də elə həmin kanalı və saytları maliyyələşdirən dövlətin maraqlarına xidmət edir. “İnter.az” və “Salamnyus” kimi saytların fəaliyyətini dayandırıb, ardınca İRNA-nın fəaliyyətinə icazə vermək mənim fikrimcə, ciddi riskdir. Qeyd edim ki, İRNA-nın imkanları fəaliyyətlərini dayandırdığımız saytlardan daha yüksəkdir.

Hər halda Azərbaycan dövlət agentliyi rəsmi farsdilli versiyasını yaratmalıdır, Təbrizdə və Tehranda onun ofislərini açmalıdır. Milli maraqlarını və dövlətçiliyinin təbliğini mükəmməl şəkildə İranda təşkil etməlidir. Bundan başqa, İRNA-nın Azərbaycanda fəaliyyətini Azərbaycan dili və qaydalarına uyğun aparmağı şərt kimi qoymalıdır. Azərbaycan dilinin adını təhrif etməyə, qondarma “azəri” sözündən istifadə etməyə imkan verməməlidir. “Səhər” kimi Azərbaycanın dövlətçiliyini hədəfə alan TV-lərin Azərbaycan ərazisində fəaliyyətini texniki vasitələrlə məhdudlaşdırmalıdır.

Tarix
2023.08.13 / 09:00
Müəllif
Əlirza Zəmani
Şərhlər
Digər xəbərlər

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla