Yuxarı

​Kürdəmirdə qəza: 3 ağır yaralı var - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axşam saatlarında Bakı-Qazax magistral yolun 191-ci km.-də, yolun Kürdəmir rayonundan keçən hissəsində yol qəzası qeydə alınıb.

Report xəbər verir ki, qəza 1976-ci il təvəllüdlü Qazax rayon sakini Bəxtiyar Səfər oğlu Rəsulovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusun qarşı tərəfdən gələn Orxan Abduləli oğlu Məmmədlinin idarə etdiyi "Mitsubishi Pajero" markalı minik maşını ilə toqquşması nəticəsində baş verib.

Qəza zamanı mikroavtobusun sürücüsü və sərnişinləri - sürücünün həyat yoldaşı, Qazax rayon sakini Dilarə Rəsulova və qızı 2005-ci il təvəllüdlü Müjgan Bəxtiyar qızı Rəsulova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Hazırda onların vəziyyətləri orta ağır olaraq qalır.

Qəzadan sonra hər iki avtomaşın zərbənin gücündən yararsız hala düşüb. Hadisəyə yolun buzlu olması ilə əlaqədar mikroavtobusun "Mitsubishi"nin yoluna çıxması səbəb kimi göstərilir.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Tarix
2016.01.03 / 23:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla