Yuxarı

Şeyx: Azərbaycan-İraq əlaqələrində yeni dövr başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx: Azərbaycan-İraq əlaqələrində yeni dövr başlayır

Sentyabrın 22-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İraq parlamentinin deputatı, Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədr müavini doktor Cabbar Əl Kənaninin başçılıq etdiyi nümayəndə heyətini ilə görüşüb.

Qurumdan Axar.az-a bildiriblər ki, tədbirdə çıxış edən şeyxülislam A.Paşazadə Azərbaycanla İraq arasında tarixi köklərə söykənən qardaşlıq münasibətləri barədə danışıb, dini və mənəvi əlaqələrin yüksək səviyyədə olduğunu xüsusi vurğulayıb.

QMİ sədri hələ ötən əsrin 70-ci illərindən başlayaraq İraqa səfərləri, dövlət rəsmiləri, nüfuzlu din alimləri ilə keçirdiyi çoxsaylı görüşlər barədə qonaqlara məlumat verib.

Şeyxülislam A.Paşazadə bildirib ki, iki dost və qardaş dövlət arasında dini və mədəni əlaqələr də daxil olmaqla bütün sahələrdə iki tərəfli münasibətlər son illər daha da inkişaf edir, ölkə başçılarının xüsusi diqqəti sayəsində Azərbaycan-İraq əlaqələrinin yeni bir dövrü başlayır.

QMİ sədri, həmçinin Azərbaycanın öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri barədə danışıb, ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə İraq dövlətinə və xalqına minnətdarlığını bildirib.

İraq parlamentinin deputatı Cabbar Əli Kənani səfərinin məqsədi, başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizdə keçirdiyi görüşlər barədə məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tarix
2023.09.22 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı 3 ölkə ilə ittifaq qurmuşdu: Biz bacardıq, digərləri...

Bakı və İrəvan arasında tarixi razılaşma - Papoyan açıqladı

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Bakıya səfər proqramına nələr daxildir?

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla