Bu sözləri mətbuata danışarkən müğənni Rəqsanənin qızı
deyib. O, bildirib ki, yol polisləri onu saxlayanda anasının adını
verir və polislər də buna görə ona güzəşt edirlər.
Bu fikirlər yayılandan sonra Bakı Şəhər Baş Yol Polis İdarəsi
məsələni belə şərh edib:
"Biz həmişə tanınmış və xanım müğənnilərə güzəşt etmişik. Bundan
sonra heç kimə güzəşt olunmayacaq və qaydanı pozan kəs
cəzalanacaq".
"Axar.az" olaraq məsələ ilə bağlı başqa
müğənnilərimizin də fikrini öyrəndik.
Rəqsanənin
qızı kimdir ki?..
Nüşabə Ələsgərli bu məsələdə polislə tam razı olduğunu
bildirdi:
"Bir fərli adamla bağlı sual verin, cavab verim. Rəqsanənin qızı
kimdir ki? Uşaq-muşaqdır da. Polis nə deyibsə, düz deyib".
Onun
gənc və xanım olmasına güzəşt edib
Ruhəngiz Allahverdiyeva isə bunları dedi:
"Qanun hamımız üçün qanundur. Hər halda yol polisi də bizim
təhlükəsizliyimizi qoruyur. O, polisin alicənablığıdır ki, qanun öz
yerində qalıb, onun gənc və xanım olmasına güzəşt edib. Hər gün bir
hadisə baş verir, ölən olur və bu qanunlar da ona görədir ki, bizim
təhlükəsizliyimizin qayğısına qalsın. Sağ olsunlar, polislər bizə
hörmət edirlər".
Onun
öz işidir
Nazpəri Dostəliyeva isə ümumiyyətlə bu məsələni mənasız
adlandırdı:
"Mən bu məsələni şərh etmək istəmirəm. Onun öz işidir. Sadəcə və
sadəcə, mənasız bir məsələdir".
Maşın
sürmək üçün yol qaydalarını bilmək vacibdir
Mənzurə Musayeva isə qanunun hər kəsə şamil olunduğu diqqətə
çatdırdı:
"Qanun hamı üçün qanundur. Yox, düz eləməyib belə söyləməkdə.
Maşın sürmək üçün yol qaydalarını bilmək vacibdir. Ola bilər ki,
sən bilmirsən, amma qarşı tərəfi də təhlükədə qoyursan".
Uşaqdır
da
Mətanət Əsədova Rəqsanənin qızını elə də qınamaq fikrində
olmadı:
"Uşaqdır da. İndi deyib-deyib də... Nə olar ki? Ona elə xoşdur,
elə də deyir. Durub qəlbini qırası deyiləm ki".
Qayda-qanuna
əməl edir
Rəqqasə Fatimənin köməkçisi bunu gənc qızla polisin şəxsi işi
olduğunu bildirdi:
"Bu onların şəxsi işidir. Fatimə xanım isə heç vaxt qayda
pozuntusuna yol vermir. Qayda-qanuna əməl edir".
Mənə
heç vaxt güzəşt olunmayıb
Bəstəkar Gövhər Həsənzadə isə məsələ şəxsi olduğu üçün fikir
bildirmək istəmədi:
"Uşaqdır da, qoy desin. Bu şəxsi məsələdir deyə, fikir bildirə
bilmirəm. Mənə isə heç vaxt güzəşt olunmayıb. Biliblər də maşın
mənimdir. Mənim sürücüm var. Təhlükələrə görə özüm sükan arxasına
keçmirəm".