Yuxarı

DİN-dən sifarişli qətllə bağlı məlumat - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən sifarişli qətllə bağlı məlumat -  Təfərrüat

14:18

Daxili İşlər Nazirliyi həyat yoldaşını öldürmək üçün pulla qatil tutan şəxs haqqında məlumat yayıb.

DİN-dən Axar.az-a verilən məlumata görə, yanvarın 10-da Bakı şəhər sakini Sevil Rzayevanın baş nahiyəsində kəsilmiş xəsarətləri olan meyiti Sabunçu rayonunun Zabrat qəsəbəsindəki evində tapılıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin onun əri Rüstəm Rzayevin sifarişi ilə 2000 manat müqabilində Bakı şəhər sakinləri Kərəm Həsənov və onun qardaşı oğlu Elşad Həsənov tərəfindən törədilməsi müəyyən edilib və onlar tutulublar.

***

Bakıda törədilən sifarişli qətlin təfərrüatları məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, qətlin sifarişçisi Rüstəm Rzayev sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Onun Zabrat-Maştağa yolunun üstündə böyük ticarət obyekti var və o, əsasən meyvə-tərəvəz məhsullarının topdan satışı ilə məşğul olurmuş.

Həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan R. Rzayev ondan ayrılmağa qərar verib. Yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış. Ərinin ondan boşanmasında israrlı olduğunu görən S. Rzayeva həyat yoldaşından ona məxsus evdən və obyektdən pay verməsini tələb edib.

R. Rzayev isə S. Rzayevaya mülklündən pay verməmək üçün onu öldürtmək qərarına gəlib.

Tarix
2016.01.11 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla