Yuxarı

İmtahanlar jurnalistlərin nəzarəti altında keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) KİV nümayəndələri qış imtahan sessiyasının gedişinə nəzarət ediblər. "Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir" devizi altında keçirilən tədbirdə iyirmidən çox jurnalist iştirak edib.

Axar.az xəbər verir ki, Təhsil nazirinin "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" əmrinə əsasən həyata keçirilən görüşdə Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Edilməsi Mərkəzinin direktoru Raqif Qasımov ictimai nəzarətçiləri imtahan prosesinin gedişi, nəzarət təlimatları ilə tanış edib. Sonra ictimai nəzarətçilər UNEC-in bütün tədris binalarında keçirilən imtahanlara nəzarət ediblər.

İmtahanlardan sonra jurnalistlər ADİU-nun rektoru, professor Ədalət Muradovla görüşüblər. Rektor ADİU-da aparılan islahatlar, universitetin hədəfləri və iş prosesində qarşıya çıxan problemlərdən danışıb və jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, ADİU-da qış imtahan sessiyası fevralın 1-dək davam edəcək. Sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə imtahan prosesi ictimaiyyət nümayəndələrinə açıq keçirilir. İmtahan sessiyası dövründə hər həftənin şənbə günü rektorun "Açıq qapı" günləri təşkil edilir. Bundan başqa, bütün tədris binalarında qərargahlar yaradılıb. Universitetin "Qaynar xətt" (146-1-3) xidməti də müraciətləri operativ araşdırır.

Tarix
2016.01.12 / 17:21
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla