Yuxarı

Kəmaləddin Heydərov Yaponiya səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, K. Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən danışıb, bu sahədə zəngin təcrübəyə malik Yaponiyanın müvafiq qurumları ilə əməkdaşlığın geniş potensialı olduğunu bildirib.

Öz növbəsində T. Takahaşi ölkəsinin müvafiq qurumlarının Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrinin daha da inkişaf etdirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, ötən ilin mart ayında Yaponiyanın Sendai şəhərində keçirilmiş Fəlakət Riskinin Azaldılması üzrə BMT-nin üçüncü Dünya Konfransında FHN-in nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2016.01.19 / 17:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla