Yuxarı

“Bakelektrikşəbəkə”dən Alim Qasımovun tənqidinə cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanriverdi Mustafayev: "Güzdək qəsəbəsinə bizim qurum xidmət göstərmir"

Xalq artisti, muğam ustası Alim Qasımov yaşadığı evdə elektrik enerjisinin kəsilməsindən şikayətlənib. O, AzNews.az-a deyib ki, qar yağan gündən işıqları heç bir saat da yanmayıb. Bildirib ki, əgər işıq yanmasa, bütün ailə üzvləri ilə birlikdə donacaqlar. Abşeron rayonunun Güzdək qəsəbəsində yaşayan muğam ifaçısı elektrikin olmadığına görə "Bakıelektrikşəbəkə"nin ünvanına tənqidi fikirlər söyləyib: "Prezidentimiz dönə-dönə deyib ki, qarlı gündə "Bakıelektrikşəbəkə" işləməlidir. Amma mən bu evdə elektrikin yandığını görmədim. Hara baxırlar bunlar? Belə də işləmək olar? Güzdəkdə xalq donur. Bizə kömək edin".

"Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev A.Qasımovun ittihamlarına cavab verib. O, musavat.com-a deyib ki, xalq artistinin yaşadığı rayona "Bakıelektrikşəbəkə" xidmət göstərmir: ""Bakıelektrikşəbəkə"yə daxil olan ərazilərdə heç bir problem yoxdur və əhaliyə yüksək səviyyədə xidmət göstərilir. "Bakıelektrikşəbəkə" yalnız Bakı şəhəri və ona aid olan kənd və qəsəbələrin elektrik enerjisinə cavabdehdir. Güzdək qəsəbəsi isə Xırdalan şəhərinə aiddir. Bizim Abşeron rayonuna heç bir dəxlimiz, qarışacağımız yoxdur. Yaxşı olardı ki, hörmətli sənətkarımız bizim qurumu bu cür ağır formada ittiham etməzdən öncə dəqiqləşdirəydi ki, yaşadığı qəsəbəyə bizim hansısa formada aidiyyatımız var, ya yox".

Tarix
2014.02.03 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla