Yuxarı

“NAZ Lifan” avtomobilləri milliləşdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“NAZ Lifan” avtomobilləri milliləşdirilir

Azərbaycanda 2010-cu ildən fəaliyyət göstərən Naxçıvan Avtomobil Zavodunda istehal edilən avtomobillər milliləşdiriləcək.

APA-nın məlumatında gərə, bunun üçün avtomobil hissələrinin 51 faizinin ölkəmizdə istehsal olunması şərtdir.

Bu məqsədlə avtomobilin müəyyən hissələrinin ölkəmizdə, o cümlədən Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə "NAZLifan" markası ilə istehsal olunan avtomobillər ilk vaxtlar baqaj hissəsi salonda olan (xetçbek) "320" və baqaj bölməsi salondan kənarda yerləşən (sedan) "620" modellərindən ibarət olub. 2014-cü ildən isə "NAZ-Lifan" markalı avtomobillərin "330", "630" və "720" modellərinin kütləvi istehsalına başlanılıb. Hazırda istər texniki göstəriciləri, istərsə də keyfiyyət baxımından daha komfortlu "NAZ-Lifan" markalı avtomobillərin "NAZ-Lifan X-50", "NAZ-Lifan-820" modellərinin ilk nümunələrinin istehsalına başlanılıb ki, bu avtomobillər də yaxın vaxtlarda alıcılara təqdim olunacaq.

Naxçıvanda ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda "NAZ-Lifan"lardan xidməti avtomobillər kimi istifadə olunur. İstər Sovetlər Birliyi dövründə Böyük Vətən müharibəsində və Çernobıl hadisələrinin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər, istərsə də Azərbaycan Vətən müharibəsi iştirakçıları dövlət vəsaiti hesabına "NAZ-Lifan-320" markalı minik avtomobilləri ilə təmin edilirlər. Hazırda muxtar respublikada, Bakı, Sumqayıt, Gəncə, Neftçala, Xaçmaz və Quba şəhərlərində "NAZLifan" markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir.

Xatırladaq ki, prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət qurumlarını, məmurları Naxçıvanda istifadə edilən keyfiyyətli avtomobillərdən istifadə etməyə üstünlük verməyə çağırıb.

Tarix
2016.01.27 / 23:59
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

İlham Əliyev Pakistan baş nazirinə də başsağlığı verdi

İlham Əliyev Szinpinə başsağlığı verdi

Putin İlham Əliyevi təbrik etdi

May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram

Ərdoğan İlham Əliyevi təbrik etdi

Konsulun cənazəsi Azərbaycana gətirildi

Diplomatın nəşinin Azərbaycana göndərilməsi üçün... - İran

Ceyhun Bayramov Nyu Yorka getdi

İlham Əliyev İordaniya Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla