Yuxarı

“Modern”in sorğusu narazılıq yaratdı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Modern”in sorğusu narazılıq yaratdı - Açıqlama

"Əgər sorğuda iştirak edən insanlar "modern.az"ın adını çəkibsə, bu mənim günahım deyil. Buyursunlar, eyni sorğunu səsverməyə qatılanlar arasında yenidən özləri keçirsinlər. Əgər nəticələr başqa olsa, deyərəm ki, bağışlayın, səhv etmişik."

Bu sözləri "Axar.az"a açıqlamasında "Modern.az" saytının Baş redaktoru Elşad Eyvazalı mediada onun keçirdiyi sorğuda öz saytını birinci yerə çıxarması iradlarına cavab olaraq dedi. "Qafqazinfo"da yayımlanan "Öz saytlarını birinci yerə çıxartdılar - Sorğuda" başlıqlı yazıdan danışan Elşad Eyvazlı barəsində yazılanlarla razılaşmadığını bildirdi:

"Biz çox istədik ki, "Modern.az" qalib olmasın. Ancaq insanlar onun adını çəkib səs verirsə, mən nə edə bilərəm? İnsanlara deyəcəm ki, bu sayta səs verməyin?"

"Qafqazinfo"dan cavab: Etik saymırıq!

"Biz bu müsabiqədə "Modern.az"ın qalib olmasını etik saymırıq. Ona görə ki, müsabiqəni keçirən İctimai Birliyin rəhbəri olan Elşad Eyvazlı həm də "Modern"in rəhbəridir".

"Qafqazinfo"nun redaktoru Elnur Məmmədli bildirdi ki, iradlarında haqlıdırlar və bunun səbəbləri var:

"Həmin sözləri "Kulis" haqqında da demək olar. Onların da keçirdikləri müsabiqənin qalibi öz əməkdaşları oldu. Heç olmasa, "Kulis"in müsabiqəsində səsvermədə iştirak edənlərin kimə səs verməsi açıqlandı. Ancaq "Modern" onu da açıqlamır. Biz qüsuru göstərmişik. Məsələn, orda cəmisi 3 saytın adı qeyd olunub. Dedikərinə görə, sorğunda 50 deputat və 50 jurnalist iştirak edib. Mümkün olan şey deyil ki, 100 nəfər deputat və jurnalist ancaq 3 saytın adını çəksin. Nəticələrə görə, "Modern" 68, "Qafqazinfo" və "Day" 14 faiz səs toplayıb. Adi bir şey deyim. Səsverən 100 nəfərin arasında "APA"nın əməkdaşı da olub. Onda belə çıxır ki, öz holdinqlərindən olan saytlar qala-qala, başqa saytlara səs verib? Mümkün olan şey deyil ki, 100 nəfər insan hamısı eyni saytların adını çəksin".

Elnur Məmmədli "Modern"in həmkar iradlarına dözümlü yanaşacağına əminliyini də bildirdi:

"Biz jurnalistlər səhərdən axşama hamını tənqid edirik. Özümüzü tənqid edəndə də dözümlü olmalıyıq. İşinə professional yanaşanlar həmişə dözümlü olur. Elşad Eyvazlı da peşəkardır".

Tarix
2014.02.04 / 15:50
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

Putinin Azərbaycanla bağlı planı məhv oldu - Səfəryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla