Yuxarı

Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xarici dövlətlərin Azərbaycandakı səfirlikləri nəzdində fəaliyyət göstərən 15 ölkənin hərbi attaşesi və Hərbi Attaşelik Aparatlarının nümayəndələri Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin yeni binası ilə tanış olublar.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, qonaqlar ümummilli lider Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyətini əks etdirən xatirə zalını ziyarət edib, Azərbaycan prezidenti İlham Əliyevin xarici siyasətini əks etdirən stendlərlə tanış olub, eləcə də onlara Azərbaycan tarixi, dövlət rəmzləri və atributları haqqında ətraflı məlumat çatdırılıb.

Hərbi əməkdaşlıq çərçivəsində danışıqların keçirildiyi görüş otaqları, müxtəlif tədbirlərin təşkili üçün müasir texniki vasitələrlə təchiz olunmuş sinif və konfrans zalları qonaqlara təqdim olunub.

Görüşün proqramına əsasən qonaqlara idarənin yerləşdiyi hərbi şəhərciyin yaranma tarixi barədə məlumat verilib və 2016-cı il ərzində hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan tədbirlər planı təqdim edilib.

Tarix
2016.01.30 / 15:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla