Yuxarı

Nazirlik tibb xidmətinə ixtisaslar üzrə vakansiyaları açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik tibb xidmətinə ixtisaslar üzrə vakansiyaları açıqladı

Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir.

Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Ədliyyə Nazirliyi tibb xidmətinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Vakant ştat vahidləri, əsasən, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının tibb xidmətlərində həkim-ftiziatr, həkim-psixiatr-narkoloq, həkim-terapevt, həkim-cərrah, həkim-endoskopist, həkim-laborant, həkim-statistik, feldşer-laborant və tibb qardaşı ixtisasları üzrədir.

Tibb xidmətinə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən, həmçinin bəzi ixtisaslar üzrə rezidentura təhsili olmayan Azərbaycan Respublikasının vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim edə bilərlər.

Eyni zamanda, həkim-terapevt, həkim-ftiziatr, həkim-psixiatr-narkoloq, həkim-infeksionist, şüa diaqnostikası üzrə həkim (rentgen və USM) ixtisaslı yuxarıda göstərilən tələblərə cavab verən şəxslər Şəki penitensiar müəssisəsinin tibb xidmətinə qulluğa qəbula dəvət olunurlar.

Ərizə və sənədlər bütün iş günləri Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Bülbül prospekti, 2, "Sahil" metrostansiyasının yaxınlığı) qəbul edilir.

Tibb xidmətinə qulluğa qəbulla bağlı aidiyyəti məsələlərlə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə nazirliyin internet səhifəsində və aşağıdakı telefonlar vasitəsilə əlavə məlumat almaq olar:

- Ədliyyə Nazirliyi üzrə www.justice.gov.az, tel.: 538-01-62

- Nazirliyin tibb xidməti üzrə tel.: 493-06-50, 493-30-91

Tarix
2014.02.04 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla