Yuxarı

Nazirlik reyd keçirdi: 107 nəfər saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik reyd keçirdi: 107 nəfər saxlanıldı

2014-cü ilin yanvar ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması, qanunsuz ov edilməsi, ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə ölkə ərazisində mütəmadi reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən reydlər zamanı qanunsuz ov edilməsi və qanunsuz yolla əldə edilmiş ov məhsullarının satışı ilə bağlı 107 nəfər saxlanılıb, qanunsuz ov edən şəxslərdən ümumilikdə 80 ədəd ov tüfəngi, 234 ədəd patron, 1 ədəd qayıq, balıq ovunda istifadə olunan elektrik avadanlıqları, qanunsuz ovlanmış 36 baş quş götürülüb.

Eyni zamanda, magistral avtomobil yollarının kənarlarında keçirilən reydlər zamanı ayrı-ayrı şəxslər tərəfindən qanunsuz yolla əldə edilmiş 106 baş çöl quşunun və 172 ədəd müxtəlif növ balığın (nərə, çəki, xanı və s. cinsli) satışının təşkil edildiyi aşkar edilib. Ov tüfəngləri, patronlar, balıq ovunda istifadə olunan avadanlıqlar, çöl quşları və balıqlar qanunvericiliyə uyğun qaydada götürülüb.

Faktlarla bağlı akt və protokollar tərtib edilərək 65 nəfər qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati qaydada, ümumilikdə 64450 manat məbləğində cərimə olunub, qanunsuz ovlanmış quşlara görə ayrı-ayrı şəxslərə 10495 manat məbləğində iddia tətbiq edilib.

Sənədlərini təqdim etməyən qanun pozucuları barəsində toplanmış materiallar və maddi-sübut kimi götürülmüş qanunsuz məhsullar təqsirkarlar barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə rayon Polis Şöbələrinə təqdim edilib. Hazırda araşdırmalar aparılır və qanun pozucularının qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.

Tarix
2014.02.05 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail bizi “keçi qiymətinə” Ərdoğana satdı...

Nurullayevlər Aygün və Nanəyə nə qədər ödəniş edib?

Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir

MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto

Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür

Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

ABŞ beynəlxalq hüququ məhv etdi: Hamı başlayacaq...

BMT-nin Azərbaycandakı müvəqqəti rezidenti bu şəxs olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla