Yuxarı

Azərbaycanda daha bir bələdiyyə ləğv edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Resbuplikasının Babək rayonunun Qoşadizə bələdiyyəsi ləğv edilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycan Respublikası bələdiyyələrin siyahısı"nda dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasında "Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Qanuna əsasən Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrindən çıxarılıb. Qoşadizə kəndinin 658 hektar təşkil edən ərazisi Babək qəsəbəsinin inzibati ərazisinə birləşdirilib.

Bu dəyişkiliyə uyğun olaraq, Qoşadizə bələdiyyəsi də ləğv edilir. Azərbaycan "Respublikası bələdiyyələrin siyahısı"nda dəyişiklik Milli Məclisin fevralın 12-ə təyin edilmiş plenar iclasında müzakirə ediləcək.

Tarix
2016.02.06 / 16:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla