Yuxarı

Bu qurum 2184 nəfəri işə götürəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəryolservis ASC yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2184 nəfəri işə götürməyi planlaşdırır.

Qurumdan Axar.az-a verilən məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram"larında avtomobil yollarının tikintisini vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə Bakıda və regionlarda Cəmiyyətin Yol İstismar İdarələrinə işçi qəbulu aparılır.

Yol tikintisi sahəsi üzrə, yola aid xüsusi texnikaların, maşın-mexanizmlərin idarə edilməsində təcrübəsi olan və yaşayış yeri üzrə Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar Azəryolservis ASC-nin həmin rayon və şəhərlərdə yerləşən Yol İstismar İdarələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, ümumilikdə yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2184 işsiz vətəndaşın müvafiq işlə təmin olunması nəzərdə tutulub.

Tarix
2016.02.08 / 16:45
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla