Yuxarı

Ötən il əcnəbilərlə 2780 nikah bağlanılıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ötən il əcnəbilərlə 2780 nikah bağlanılıb

Əcnəbilərlə bağlanılan nikahların sayı artıb.

İlk baxışdan bunu problem kimi qəbul edənlər və yaxud normal hal kimi dəyərləndirənlər tapıldı. Bu cür fikir ayrılığının səbəbləri var. Çünki kimi müasir dünyada yaşayaraq hər şeyə yeni baxışlarla baxır, kimi də köhnə fikirlərə üstünlük verərək azərbaycanlı hara, əcnəbi ilə nikah hara deyir. Çox yox, 10 il əvvəl çox az hallarda azərbaycanlı oğlanlarla başqa millətlərdən olan qızların nikahı qeydə alınır, qızlarımız isə ümumiyyətlə beynəlmiləl ailə qurmaqdan çəkinirdi. Amma indi vəziyyət fərqlidir.

Rəsmi statistika göstərir ki, son illər azərbaycanlilarla əcnəbilər arasında bağlanılan nikahların sayı xeyli artıb. 2013-cü ildə 2688 nikah əcnəbi vətəndaşlarla bağlanılıb. Keçən il 86594 nikah qeydə alınıb ki, bunlardan da 2780-i əcnəbilərlə olub. Əcnəbi nikaha isti münasibət bəsləyən müasir azərbaycanlı qızlar sevib-sevdiyi oğlanların dili, dini, irqinə fərq qoymadıqlarını deyir. Yəni atalar demiş, "könül sevən göyçək olar". Əcnəbilərə ərə gedən azərbaycanlı xanımlar daha çox türklərlə izdivaca üstünlük verirlər.

Baş məsləhətçi, Aynur Veysəlli: "Daha sonrakı yerləri İran vətəndaşları tutur. Amma son dövrlərdə daha çox Avropa ölkələrinə də üstünlük verirlər. Bu bir növ həmin şəxslərin xarici ölkələrə gedib qalmaları ilə əlaqədardır".

Sosioloqlar isə belə hesab edir ki, əcnəbilərlə nikah dövrün tələbi, həm iqtisadi problemlər, həm də psixoloji amillərlə bağlıdır. Son 10 ildə mülki vətəndaşlar arasında əlaqələrin genişləndirilməsi və beynəlxalq aləmə inteqrasiya bu cür nikahların sayının artmasına səbəb olub. Bunun həm mənfi, həmdə müsbət tərəfləri var. Mənfi xüsusiyyətlərindən biri odur ki, milli mentalitetin min illər boyu hifz edə bildiyi özünəməxsus adət-ənənələrimizin yavaş-yavaş dəyişikliyə uğramasına gətirib çıxarır.

Sonda onu demək istərdik ki, keçən il əcnəbilərlə bağlanan 2780 nikahdan 211-i pozulub. Bu haqda fikirləşməyə dəyər. Deməli gənclər, ya bir-birləri ilə dil tapa bilmir, ya sona kimi bir-birini başa düşmür, ya da planlı şəkildə qurulan ailə çox çəkmir. Bəlkə fikirləşək? Kiminlə ailə qurmağımızdan asılı olmayaraq papağımızı qabağımıza qoyub 100 ölçüb 1 biçək. (ANS)

Tarix
2014.02.06 / 00:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla