Yuxarı

Nazirlik: “Azərbaycan üçün problemlər yaradır”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Gürcüstan arasında Kür çayı hövzəsinin su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi sahəsində əməkdaşlıq üzrə işlər davam etdirilir.

Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya və təbiəti mühafizə şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.

Sektor müdiri qeyd edib ki, bu işlərə 2010-cu ildən başlanılıb: "İndiyə qədər Bakıda və Tbilisidə ikitərəfli məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xarici İşlər Nazirliyi və başqa qurumların mütəxəssisləri iştirak ediblər. Layihənin ilk mərhələsində Gürcüstan tərəfinin tam razılaşması mümkün olmayıb. Hazırda Azərbaycan tərəfi saziş sənədi layihəsinin Gürcüstan tərəfindən razılaşdırılmasını və son görüşü gözləyir. Müsbət fikir olsa yəqin ki, sənəd imzalanacaq.

"İki ölkə arasında razılaşdırılacaq sənədin əsas mahiyyəti Kür çayının su ehtiyatının mühafizəsi və davamlı istifadəsidir" - deyən sektor müdiri xatırladıb ki, Kür çayı sərhəddən keçən çaydır, o çay Gürcüstan ərazisindən Azərbaycana daxil olur: "İmzalanacaq sənəd Kür çayının suyunun istifadəsi, idarə olunması, çirklənməsi qarşısının alınması, qarşılıqlı monitorinq sisteminin yaradılması, suyun keyfiyyətinə nəzarətin artırılması, əlaqədar qurumların bu işə cəlb olunması və sahələr üzrə əməkdaşlığa imkan verəcək. Saziş qəbul olunsa, Kür çayının su ehtiyatlarının birgə mühafizəsi ilə bağlı qarşılıqlı birgə fəaliyyətlər həyata keçiriləcək. Bu da bizim dövlətimiz üçün çox mühümdür, çünki Azərbaycan aşağı axında yerləşir, qonşu dövlətlərin Kürün suyunu çirklətməsi Azərbaycan üçün böyük problemlər yaradır".

O qeyd edib ki, Azərbaycanın su resurslarının 80 faizi Kür çayı və onun qollarının payına düşür: "Son illər böyük tənzimləyici alətlər, stansiyalar quraşdırılıb, sular təmizlənir. 2007-2016-cı ilə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 384 kənddə sutəmizləyici qurğu quraşdırıb. Hazırda 625 mindən çox əhali bu içməli sudan istifadə edir".

Tarix
2016.02.13 / 17:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla