Yuxarı

MM razılıq verdi: Yeni Baş nazir təyin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MM razılıq verdi: Yeni Baş nazir təyin edildi

10:09

Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu vəzifəyə Əli Əsədovun namizədliyi irəli sürülüb.

Əli Əsədovun namizədliyinin irəli sürülməsi spiker Sahibə Qafarova tərəfindən elan edilib.

Qeyd edək ki, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyev fevralın 14-də and içib. Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir. Fevralın 14-də Nazirlər Kabineti istefa verib.

Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir.

Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdi.

***

Milli Məclis Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib.

Tarix
2024.02.16 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla