Yuxarı

Elçin Quliyev müşavirə keçirdi, tapşırıqlar verdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elçin Quliyev müşavirə keçirdi, tapşırıqlar verdi - Video

Hərbi Hospitalda Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən “DSX-də hərbi-tibbi təminatın təşkili sahəsində yeni innovativ yanaşmaların tətbiqi” mövzusunda xidməti müşavirə keçirilib.

DSX-dən Axar.az-a verilən məlumata görə, xidmət rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin andiçmə mərasimində çıxışı zamanı Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Dövlət başçısının Hərbi Hospitalın yeni binasının açılışında iştirak etməsinin Azərbaycan sərhədçilərinə Ali diqqətin növbəti təzahürü olduğunu xüsusi vurğulayıb.

Daha sonra Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının rəisinin və digər həkimlərin struktur qurumlarda tibb sahəsində görülən işlər barədə ətraflı məruzələri dinlənilib, hərbi tibbi təminatın daha da gücləndirilməsinə daim diqqət yetirilməsinin vacibliyi qeyd edilib, zəruri tövsiyə və tapşırıqlar verilib.

Hərbi tibb müəssisələrində hərbi qulluqçulara ixtisaslı həkimlər tərəfindən lazımi tibbi yardımın göstərildiyi, eləcə də şəxsi heyət arasında xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə mütəmadi profilaktik tədbirlərin həyata keçirildiyi bildirilib.

Dövlət Sərhəd Xidmətinin Hərbi Hospital kompleksinin açılış mərasiminə dair videoçarx nümayiş olunduqdan sonra xidmətdə fərqlənmiş tibb işçiləri rəğbətləndirilib.

Tarix
2024.02.22 / 12:11
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla