Yuxarı

Elşad Abdullayevin daha bir dekanına cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvətxor müəllim Tibb Universitetində necə çalışır?

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin tibb fakültəsinin dekanı olmuş Xudayar Allahverdiyev başqasının pulunu mənimsəməkdə ittiham edilir.

"AzNews.az"a müraciət edən şikayətçi Abışova Rəna qızı Abışova Könülün bu universitetdə təhsil aldığı müddətdə ixtisas seçimində X.Allahverdiyevin onlardan 3400 manat aldığını bildirib:

"Xudayar Allahverdiyev 2008-də həmin universitetdə dekan idi. Qızım Abışova Könülün ixtisas seçimi məsələsini həll etmək üçün bizdən 3400 manat pul aldı. Ancaq daha sonra ABU bağlandı, qızım başqa təhsil müəssisəsinə köçürüldü. Ancaq Xudayar Allahverdiyev aldığı pulu qaytarmadı. Dedi ki, pulu Elşad Abdullayevə verib. Elşad Abdullayev də Azərbaycanda deyildi, təbii ki, ondan bunu soruşmaq olmurdu. Xudayar Allahverdiyev də bundan istifadə edirdi. Çünki bilirdi ki, Elşad Abdullayev Azərbaycanda yoxdur, bu məsələyə münasibət bildirməyəcək. Amma biz pulu Xudayar müəllimə vermişik. Həm də tək biz yox, bir çox tələbələr ona pul verib". Bundan sonra pulunu Xudayar Allahverdiyevdən ala bilməyən ailə polisə müraciət edib:

"Polisə müraciət etdikdən sonra Xudayar müəllim bizə gələrək, dedi ki, şikayətimizi geri götürək, o da bizim pulumuzu hissə-hissə qaytaracaq. Bir neçə ay əvvəl gətirib 1000 dollar verdi. Ancaq ondan sonra pulu qaytarmaqdan imtina etdi. Dəfələrlə Xudayar Allahverdiyevin hazırda işlədiyi yerə - Tibb Universitetinin laboratoriyasına gedib onunla görüşsək də pulu qaytarmaqdan imtina edir".

Qarşı tərəf Xudayar Allahverdiyev isə məsələ ilə bağlı münasibət bildirmək istəməyib: "Respublika Prokurorluğunda bununla bağlı iş açılıb. Əgər nəsə şikayətləri varsa ora bildirsinlər. Mən də ancaq Prokurorluğun iştirakı ilə bununla bağlı nəsə deyə bilərəm".

Tarix
2014.02.06 / 18:26
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

Bakıdan Pakistan-Hindistan atəşkəsinə reaksiya

Adil Qeybulla Tofiq Yaqublunun son durumunu açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla