Yuxarı

Metroda hansı cərimələr olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Digər ictimai nəqliyyat vasitələri kimi metroda da qayda pozan sərnişinlər üçün cərimələr nəzərdə tutulub.

Axar.az əksər vətəndaşların bundan xəbərsiz olduğunu nəzərə alaraq, metro istifadəçilərinin daşıdıqları məsuliyyət və qayda pozuntusuna görə onları gözləyən cərimələrlə bağlı bəzi məqamları nəzərə çatdırır:

İnzibati Xətalar Məcələsində (İXM) 140-1.1. Stansiyaların vestibüllərini, keçirdlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan "sərnişin-maşinist" rabitəsindən istifadə etməyə görə 10 manat miqdarında cərimə tətbiq edilir.

140-1.2. Sürahinin üstünə əşya qoymağa görə 15 manat miqdarında cərimə edilir.

140-1.3. Dəmir yoluna hər hansı əşya atmağa görə 30 manat miqdarında cərimə edilir.

140-1.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan "Stop" açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə 50 manat miqdarında cərimə edilir.

140-1.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə 70 manat miqdarında cərimə edilir.

140-1.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə 100 manat miqdarında cərimə edilir.

Metropolitendə Polis Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, bu qanunlardan əksər sərnişinlərin xəbəri olmasa da, qayda pozduqlarına görə cəzalananların sayı xeyli çoxdur. Əsasən, metroda siqaret çəkənlərin çoxluq təşkil etdiyini deyən polis əməkdaşları bildirdilər ki, həmin sərnişini saxlayıb şöbəyə gətirirlər və burada barəsində inzibati protokol tərtib edildikdən sonra cərimə kassaya ödənilir. Metro polisləri etiraf edirlər ki, sərnişinlərin əksəriyyəti bu qaydaları və ona adekvat cərimələri bilmədikləri üçün pozuntuya yol verirlər:

"Bəzi sərnişinlər var ki, vaqondan düşüb eskalatora minən kimi siqareti yandırır. Lakin bu, qanun pozuntusudur. Ümumiyyətlə, "M" hərfi yazılan yerdən daxil olduqda metro ərazisi sayılır və sərnişinlər qanunla üzərlərinə düşən vəzifələri icra etməlidirlər. Qaydaları pozmaq olmaz. Bəzən sərnişinlər vaqonların qapısını tutub saxlayırlar və bununla da qatarın hərəkətini gecikdirirlər. Bu da inzibati məsuliyyətə səbəb olur. Sürahiyə toxunanlar, yerə zibil atanlar, vaqonları yazanlar da az deyil. Yazanların hamısını tutmaq mümkün olmasa da, zibil atanlar, qapını tutub saxlayanlar, siqaret çəkənlər, qadağan olunmuş əraziyə daxil olunlar polislər tərəfindən saxlanılır və cərimə olunur".

Tarix
2016.02.22 / 14:21
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla