Yuxarı

Kolleclərə qəbul imtahansız olacaq - TQDK

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kolleclərə qəbul imtahansız olacaq - TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) kolleclərə qəbul qaydalarında dəyişiklik edib. Yeniliyə əsasən, bu il 9-cu sinfi bitirərək kolleclərə qəbul olunmaq istəyən abituriyentlər bunun üçün ayrıca imtahan verməyəcəklər.

"Axar.az" bununla bağlı TQDK-nın rəsmi internet səhifəsinə istinadən xəbər verir.

Yeni qaydaya əsasən, 9-cu sinfi bitirən şagirdlərdən kolleclərin müsabiqəsində iştirak etmək istəyənlər buraxılış imtahanının nəticəsinə görə ixtisas seçimi edə biləcəklər. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün keçiriləcək. Həmin imtahanın iyunun 29-da keçirilməsi nəzərdə tutulur.

Kolleclərə 9 illik təhsil bazasından qəbul imtahanlarına qoşulan bütün abituriyentlər yalnız ana dili və riyaziyyat fənlərindən imtahan verəcəklər.

Tarix
2014.02.07 / 16:05
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla