Yuxarı

Nazir açıqladı: Vətən müharibəsində Pakistan...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Qarabağ müharibəsi zamanı Pakistanın Azərbaycana göstərdiyi dəstək müstəsna idi.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistanın Milli Günü münasibətilə keçirilən tədbirdə deyib.

Nazir iki ölkə arasında diplomatik münasibətlərin yaranma tarixindən danışıb və Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayıb.

“Müstəqillik illərində müxtəlif sahələrdə göstərilən səylər Azərbaycan ilə Pakistan arasında mövcud münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsinə imkan yaradıb”, - o söyləyib.

Mustafayevin sözlərinə görə, indi tərəflər sənaye, ticarət-iqtisadiyyat, nəqliyyat, enerji və rəqəmsal inkişaf kimi sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək qərarına gəliblər.

“Ümid edirik ki, iki ölkə başçılarının qəbul etdiyi qərarlar ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə yeni təkan verəcək”, - nazir əlavə edib.

Tarix
2024.03.29 / 21:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla