Yuxarı

Taksilərə niyə ağ rəng tələbi qoyulub? - AYNA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapmış taksilərin ağ və yaxud qırmızı rəngdə olması şəhərin estetik görünüşünü yaxşılaşdırmaq istəyindən irəli gəlib.

Axar.az xəbər verir ki, Real TV-yə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

"Ağ rəng neytraldır. Azərbaycanda taksinin tanınması üçün onun sarı rəngdə olması ilə bağlı fikirlər var. Lakin artıq taksi proqramlar vasitəsilə sifariş edilir. Biz istəyirdik ki, göz oxşayan rənglər olsun. Məsələn, “Bakı Bus”un avtobusları qırmızı rəngdədir və şəhərdə gözəl görünürlər. Bu məsələnin digər tərəfi var. Belə ki, 15 ildən sonra sürücü avtomobilini satmaq istəsə sarını satmaq kifayət qədər çətindir. Ağ yaxud da qırmızı rəngdə olan avtomobili hər kəs sata bilir”, - AYNA sədri vurğulayıb.

"Yaşı 15 ildən aşağı olan avtomobil iyulun 1-ə qədər qeydiyyatdan keçirsə və AYNA-dan buraxılış vəsiqəsi alsa, bu tarixdən sonra rəng tələbi avtomobilə tətbiq edilməyəcək", - A.Rzayev bildirib.

Tarix
2024.03.30 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Tural Sadıqlı keçmiş həyat yoldaşını... - Şok səs yazısı

Rusiyadan MDB dövlətlərinə sensasion qisas anonsu...

Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı keçirildi

İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan

Ölkəmizə 3 ildə neçə Rusiya və Ukrayna vətəndaşı gəlib?

Ukraynadan qalib çıxsa, Kreml qonşularına “qayıdacaq”

Azərbaycan QHT-ləri Tramp və Maska müraciət etdi

Tramp Bakının da iştirakçısı olduğu dəhlizi bloklayır

Ermənistanda nə qədər əhali var? – Fransa nəşri

Somali prezidenti Səngəçal neft terminalında oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla