Yuxarı

Ukraynadan qalib çıxsa, Kreml qonşularına “qayıdacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın başlıca məqsədi Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaqdır. Ağ Evin hazırki sahibi üçün münaqişənin həlli vacib deyil, bu mürəkkəb məsələdir. Münaqişənin həlli indiki halda mümkün deyil.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu 12 fevralda ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin arasında baş tutan telefon danışığı haqda qeyd edib.

O bildirib ki, Tramp atəşkəsə nail olarsa, bu nəticəni özünün uğuru kimi qələmə verəcək:

“Halbuki atəşkəs problemin həlli deyil. Rusiya işğalı tam başa çatdırmayıb, Ukrayna isə ərazilərini azad etməyib. Atəşkəs olarsa, Ukrayna itirdiyi əraziləri geri qaytara bilməyəcək. Bunun mümkün olmadığını Ukraynada anlayırlar. Buna baxmayaraq, Ukrayna ordusunun Kursk istiqamətində nəzarət etdiyi ərazi Kiyevin danışıqlarda əlini gücləndirəcək alətdir. Ukrayna heç zaman işğal altındakı ərazilərin Rusiyaya aid olduğunu hüquqi cəhətdən tanımayacaq, ancaq siyasi reallıqla hesablaşmalı olacaq. Reallıq isə ondan ibarətdir ki, Krım və Donbasın bir hissəsi Ukraynanın nəzarətində deyil. Rusiyanın dağıtdığı şəhər, qəsəbə və kəndlərin bərpasına yüz milyardlarla dollar lazımdır.

Beynəlxalq aləm Rusiya-Ukrayna müharibəsindən yorulub. Müharibənin dayandırılmasına siyasi sifariş var. Müharibə Rusiya və Ukraynanın özündə də yorğunluq əmələ gətirib. Tərəflər mövqe döyüşlərində hər gün xeyli itki verirlər. Müharibə dayandırılsa da, Avropanın tələsik Rusiya ilə əlaqələri bərpa edəcəyini düşünmürəm. Əlbəttə, Avropa ölkələri içərisində, misal üçün, Macarıstan və Slovakiya Brüsseldən Rusiya ilə əlaqələrin tam bərpasını tələb edəcəklər. Ancaq Fransa, Almaniya, Polşa və Baltik ölkələri Rusiya ilə əlaqələrin bərpasına ehtiyatla yanaşacaqlar. Avropa ölkələrinin böyük hissəsi Rusiyanın enerji asılılığından qurtulub. Həmin ölkələrin yenidən Rusiyadan böyük həcmdə neft və qaz alacağını proqnozlaşdırmıram.

Rusiyanın müharibədən qalib çıxması bir çox ölkə kimi, Azərbaycanın da təhlükəsizlik maraqlarına cavab vermir. Rusiya Gürcüstan və Ukraynadan sonra diqqətini ətrafındakı digər dövlətlərə yönəldəcək. Bu səbəbdən Azərbaycan Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməlidir”.

Tarix
2025.02.13 / 17:25
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı keçirildi

İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan

Ölkəmizə 3 ildə neçə Rusiya və Ukrayna vətəndaşı gəlib?

Azərbaycan QHT-ləri Tramp və Maska müraciət etdi

Tramp Bakının da iştirakçısı olduğu dəhlizi bloklayır

Ermənistanda nə qədər əhali var? – Fransa nəşri

Somali prezidenti Səngəçal neft terminalında oldu

İrəvandan Zəngəzur dəhlizi ilə bağlı daha bir açıqlama

Erməni dərsliklərindən “Qarabağ mövzusu” çıxarıldı

Bakı “Sputnik Azərbaycan” və BCC ilə bağlı qərar verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla